Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Ruslan Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Keçirilənm prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə R. Abbasov 4 il şərti olaraq azadlıqdan məhrum edilib. R. Abbasov məhkəmə zalından azadlığa buraxılıb.
 
Qeyd edək ki, fevral ayında Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər sakini İlqar Manaflıya bıçaqla xəsarət yetirmiş paytaxt sakini Ruslan Abbasov tutulub.(Lent.az)