Ermənistanın "Qraparak" qəzeti Müdafiə Nazirliyinin anbarlarından benzin oğurluğu haqda yazı dərc edib.

Unikal.org avropa.info-ya istinadən bildirir ki, qəzet itkinin gizlədilməsi üçün benzinin olduqca ağıllı yolla oğurlandığı haqda yazır. Yoxlanma zamanı itkiləri gizlətmək üçün sisternlərin içinə benzinin boşaldılması üçün nazik boru quraşdırılırmış.

Hərə dəfə benzinin səviyyəsi ölçüləndə sisterndəki benzin lazımi səviyyədə olurmuş. Belə ki, ölçən cihaz sisternin deyil, borunun içinə yerləşdirilmiş. Sisternin özü isə boş olurmuş.

Məqalənin müəllifi yazır ki, benzin oğurluğu Ermənistan ordusunda ilk hal deyil.