"220 min dollara aldığı təyyarəni meşəyə gətirib, özünə dincəlmək üçün ev etdi".
Unikal.org xəbər verir ki, Bruce Campbell adında təqaüdçü bir mühəndis, Boeing 727 tipi təyyarəsi satın alıb. Təqaüdçü təyyarəni meşəlik sahəyə gətirərək qeyri-adi bir evə çevirib. Duşu və tualeti də olan təyyarənin işıqları da meşəni rəngbərəng edir. Campbell, ilin hər altı ayında bu qeyri-adi evdə yaşayır. O meşədə bu ərazini alamaq üçün dövlətə 23 min dollar, təyyarəni almaq və təmiri üçün 220 min dollar pul xərcləyib. 
Evə çevrilən təyyarədən fotoları oxuculara təqdim edirik.