Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon hesab edir ki, Rusiya tərəfindən gələn təhlükə artıb.
Unikal.org xəbər verir ki, bu barədə Trend TASS-a istinadən xəbər verir.
Nazir bildirib ki, son zamanlar Rusiya Silahlı Qüvvələrinin mpdernləşdirilməsinə sərmayələr yatırıb: "Rusiyadan gələn təhdidlər artıb. Və biz öz imkanlarımızı və gücümüzü qiymətləndirərək, bütün bu amillərə diqqət yetirməliyik".
M.Fellon deyib ki, NATO gələcəkdə istənilən növ təhdidə müqavimət göstərəcək: "Buna sübut isə iyulda Varşavada Alyansın sammitinin qərarları olacaq".