Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə, rayonun Polis İdarəsindən Ans press-ə bildiriblər ki, hadisə Sərkar kəndində olub. 1995-ci il təvəllüdlü Maqadin Musayev aralarında yaranan mübahisə zəminində həmkəndlisi Möhsün Əliquliyev tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Abbas Səhhət adına Xəstəxananın cərrahiyyə şöbəsinə çatdırılıb və əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisəni törədən Möhsün Əliquliyev hadisədən sonra ərazidən qaçsa da polis əməkdaşları onu tutaraq istintaqa təhvil veriblər.
Hələlik hadisənin təfərrüatları barədə məlumat verilmir. Gənclər bıçaqlanmadan əvvəl əlbəyaxa olublar.
Faktla bağlı Samux Rayon Polis İdarəsində araşdırma aparılır.