Uzun müddət soyuducuda saxlanılan dondurmaların insan sağlamlığına mənfi təsirləri üzə çıxıb.
Unikal.org xəbər verir ki, türkiyəli mütəxəssislərin fikrincə uzun müddət soyuducuda saxlanılan dondurmaların alt qatlarında buz hissəciyi toplanır. Dondurma yiyilərkən isə həmin hissəciyin qəbul edilməsi sağlamlığa mənfi təsir göstərir. Belə ki, dondurmada olan buz hissəciyinin yeyilməsi insanın yemək borusu, səs telləri və bu kimi başqa orqanlarına mənfi təsir edir.
Bundan əlavə səyyar şəkildə açıq havada satılan dondurmalar da bəzən insan orqanizminə mənfi təsir edir. Mütəxəssislər bildirirlər ki, dondurma həddən artıq kalorili qida olduğundan açıq havada qalarkən onun üzərinə bakteriyalar toplanır. Ona görə də, açıq havada satılan dondurmalara üstünlük verməmək tövsiyyə olunur.