Mahmud Kərimov çətin vəziyyətdə qalıb
12:34 06-09-2012
CƏMİYYƏT
Mahmud Kərimov çətin vəziyyətdə qalıb
AMEA prezidentinin son açıqlaması onu qəzəbə tuş gətirib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimovun srağagünki açıqlamaları iqtidar daxilində narazılıqla qarşılanıb. Bu açıqlamaların məqsədi ilə bağlı AMEA prezidentindən izahat istənilməsi və hətta qeyri-korrekt ifadələrinə görə ona xəbərdarlıq edilməsi istisna olunmur.
Xatırladaq ki, Mahmud Kərimov srağagünki açıqlamasında birbaşa şəkildə bildirmişdi ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti (RH) legitimliyini itirib. Buna səbəb AMEA üzvlüyünə seçkilərin hələ də keçirilməməsidir.
Kərimovun sözlərinə görə, AMEA-nın həqiqi və müxbir üzvü yerinə seçkilər ilin sonuna qədər saxlanılıb: "Bu ilin sonuna qədər seçkilər mütləq keçirilməlidir. Çünki artıq seçkilərin vaxtı çoxdan keçib. Ən vacib məqamlardan biri də ondan ibarətdir ki, artıq AMEA Rəyasət Heyəti legitimliyini itirib. Çünki Rəyasət Heyəti üzvlərinin də müddəti bitib. Onlar, o cümlədən prezident və vitse-prezidentlər 5 ildən bir seçilir. Bizim də müddətimiz bitib. Demək olar ki, hazırda qeyri-legitim fəaliyyət göstəririk".
M. Kərimov deyib ki, AMEA üzvlüyünə seçkilər sonuncu dəfə 2007-ci ilin iyul ayında keçirilib: "Bəzi institutlarda direktor vəzifələri də boşdur. Bu yerlərə namizədlər məlumdur. Yalnız elan vermək və müsabiqəni keçirmək qalır".
Artıq mətbuatda Kərimovun açıqlaması ilə bağlı çeşidli rəylər yer almaqdadır. Həmin rəylərin ümumi tonu ondan ibarətdir ki, AMEA-da seçkilərin yubadılması iqtidarın narazılardan ibarət yeni cəbhənin yaranmasından ehtiyat etməsi ilə bağlıdır. Sirr deyil ki, akademiyada müəyyən narazılıqlar var. İqtidarda narahatdırlar ki, yeni seçkilərdə AMEA-nın Rəyasət Heyətinə və üzvlüyünə seçkilər əvvəlki qaydada, yəni təyinatla reallaşsa, bu, xeyli elm adamının etirazına səbəb ola bilər.
Belə bir vaxtda isə AMEA prezidentinin çıxıb "sandığı açaraq pambığı tökməsi" əlbəttə, xoş qarşılana bilməzdi. Hesab olunur ki, Mahmud Kərimovun dedikləri onun Akademiyadakı gələcək karyerası baxımından da risklidir.
Aliyə
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49