Moskvada bizneslə məşğul olan əslən azərbaycanlı yəhudilərin başları üzərini alan "qara buludlar"dan Qod Nisanov və Zarax İliyevə pay düşüb.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, adıçəkilənlər özlərinə "qanuni oğrular"ın arasında tərəfdaş tapıblar. "Qanunçular"ın Nisanov və İliyevin "Fud siti" adlı layihəsinin qeyri-rəsmi iştirakçıları olduqları iddia edilir. Bu aqroklasterin 2014-cü ildə Moskvanın meri Sergey Sobyaninin iştirakı ilə prezantasiyası keçirildiyi, paytaxtı meyvə və tərəvəzlə təmin etməlidir. Təchizatın Şakro və Vaqif kimi "qanuni oğrular"ın böyük himayəsi altında baş verdiyi bildirilir.

Məlumatda vurğulanır ki, Azərbaycan əsilli olan bu iki dağ yəhudisi Rusiya paytaxtının rəhbərliyinin aktiv dəstəyi sayəsində (əvvəlcə Yuri Lujkov, sonra Sergey Sobyanin) Moskvada milyardlarla vəsait toplaya biliblər. Onlar indi "Kiyev meydanı" qrupuna sahibdirlər, bura çoxlu kommersiya və ticarət əmlakı məxsusdur, ildə gəliri 1,1 milyard dollara çatır.

Bundan əlavə, onların "Avropalı" Ticarət Mərkəzi, "Redisson Ukrayna" hoteli və çoxlu başqa maraqlı obyektləri var. Nisanov və İliev 2014-cü ildə növbəti möhtəşəm layihəni – paytaxtda sahəsi 345 000 kvadrat metr ticarət meydançası olan "Fud Siti" topdansatış kənd təsərrüfatı bazarının və 300 000 kvadratmetrlik anbarın tikintisini başa çatdırıblar. 
 Topdansatış ticarəti üçün yaxşı şərait yaratmaq işin bir tərəfidir, bu satıcıları "Fud Siti"də aldadıb isə tamam başqa məsələdir. On illərdir Moskva regionunun tərəvəz, meyvə və göylə təmin edənlər "qanuni oğrular"ın (daha çox Azərbaycandan olan) himayəsi altında işləyirlər və ticarəti "qanunçuların" nəzarətində olan meydançalarda reallaşdırırlar. Digər meydançalara keçmək yalnız kriminal aləmin nümayəndələrinin razılığı ilə mümkündür. Ticarətlərini "Fud Siti"yə aparmaq istəyənlər olmayıb. Topdansatış taciriləri yoxdursa, gəlir də yoxdur. Xüsusi xidmətdəki mənbənin Rumafia.com-a söylədiyinə görə, Nisanov və İliyev problemi çoxdankı dostları Araz Ağalarovla bölüşüblər. Ağalarov təkcə "Krokus Siti"nin sahibi deyil, həmdə müğənni Emin Ağalarovun atasıdır.

Bundan əlavə mənbə iddia edir ki, Ağalarov uzun illərdir "qanuni oğru" Vaqif Süleymanovla dostluq edir. Bu "qanunçu" nə zamansa Rusiyanın başlıca mafiozu Aslan Usoyan (Ded Xasan) yoldaşlarından biri olub. 2013-cü ildə Ded Xasanı snayper güllələyəndə "bütün bossların bosu" yerini Zaxariy Kalaşov tutub. Vaqifə Şakronun da  sarayında yer tapıldı, son illərdə isə o, Kalaşovla çox yaxın olub.

Nəticədə Nisanov və İlievin problemi Vaqifə çatdırılıb, o isə Şakronun yanına gedib. Satıcıların "Fud Siti"də "sqonu" üzrə layihə iki "qanuni oğru"ya daha böyük və daimi gəlir gətirəcəyi vədini verib.

Nəticədə Kalaşov razılıq verib ki, Vaqif azərbaycanlı "qanuni oğrular"ın nəzarətindəki topdansatış meydançalarından "Fud Siti"yə köçürülməsini təşkil edib. Düzdür, bu zaman Şakro bildirib ki, qan tökülməməlidir, çünki yeni "müharibə" indi heç kimə lazım deyil. Hansı "müharibədən" söhbət gedə bilər ki, topsatışçıların köçürülməsi ən yüksək səviyyədə qəbul olunub? Şakronun bir sözü kifayət idi ki, digər oğrular tapançaya sarılmasınlar, topdansatış tacirilər isə yeni meydançada ("Fud Siti"də)  Vaqif və Şakronun yeni "damı" altında fəaliyyətə keçdilər. Nəticədə "qanuni oğrular"ın fəal iştirakı ilə tərəvəz, meyvə və göy təchizatçılarının əksəriyyəti "Fud Siti"yə köçüblər, Nisanov və İliyevə pul "çayı" axıb, bu axının bir hissəsi milyarderlərin gizli tərəfdaşları Vaqif və Şakronun cibinə axır.