Türkiyənin Van əyalətinin Çaldıran rayonunda PKK terrorçularının törətdiyi partlayış nəticəsində 6 hərbçi həlak olub, ikisi yaralanıb.
Unikal.org xəbər verir ki, yol kənarına quraşdırılan kustar üsulla hazırlanmış partlayıcı qurğu hərbi maşın keçən an işə salınıb.

İnsidentin baş verdiyi ərazidə hazırda Hərbi-Hava Qüvvələrinin dəstəyi ilə terrorçuların müəyyən olunaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilir.