Bu gün Fransada polis "Google"un Parisdəki ofisində əməliyyat keçirib.
Hadisənin şirkətin vergi ödəmələrində qüsurlara yol verməsi ilə əlaqədar olduğu bildirilir.
 
Unikal.org xəbər verir ki, hələlik faktla bağlı "Google"dan və polisdən hər hansı rəsmi açıqlama verilməyib. 
 
Qeyd edək ki, "Google"un, eləcə də ABŞ-ın digər İT şirkətlərinin Avropada vergidən yayındığı haqda iddialar var.