Ucar sakini ildırım vurması nəticəsində ölüb.
 
Hadisə ötən gün axşam saatlarında rayonun Bağman kəndində baş verib.

Kənd sakini 1990-cı il təvəllüdlü Qürbət Füzuli oğlu İskəndərovu ildırım vurub.
 
Q. İsgəndərov Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onu xilas etmək mümkün olmayıb.
 
Hadisənin hansı şəraitdə baş verməsi  məlum deyil
 
Faktla bağlı araşdırma aparılır.(APA)