Rusiyanın Yekaterinburq şəhərində 4 saylı meyvə-tərəvəz bazası yandırılıb.
 
Bu gün səhər 9 radələrində bazanın ərazisinə xüsusi təyinatlılar və çox sayda polis qüvvələri yeridilib.
 
Məlumata görə, bazanın əsas icarədarlarından olan Azər Piriyev hadisə yerindən qaçıb.
 
İlkin ehtimallara görə, 4 saylı baza qəsdən yandırılıb. Mənbənin dediyinə görə, hadisəylə bağlı  70-dən çox şəxs saxlanılıb. Hazırda onlar şəhər polis idarəsindədirlər.
 
Xatırladaq ki, adıgedən baza Ural regionunun ən böyük meyvə-tərəvəz bazası sayılır. Bu baza ətrafında isə illərdir qalmaqal səngimək bilmir. Ona sahib olmaq üçün qanuni oğru Rövşən Lənkəranskidən tutmuş yerli diaspor lideri Şahin Şıxlinskiyə qədər, bir çox nüfuzlu şəxslər mübarizə aparır.
 
Bazanı ələ keçirmək istəyənlər arasında Ded Xasan tərəfdarları olan kürd klanının da adı çəkilir.(Lent.az)