Bakıda orta məktəbdən oğurluq edilib. 
Unikal.org xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum şəxs və ya şəxslər 320 saylı orta məktəbdən 2 ədəd noutbuk, 1 ədəd videoproyektor, 1 ədəd televizor və 1 ədəd monitor oğurlayıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Tehran Məmmədov tutulub.