Azyaşlı polislərdən biri birinci «iş günü»ndə «Galendewagen»i saxladı
Bakıdakı 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin «Yol polisinin gənc köməkçiləri» komandasının üzvləri yol qaydaları ilə bağlı nəzəri biliklərini təcrübədə də həyata keçirirlər.
Parlament prospektində Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polos polkovniki Vaqif Əsədovun nəzarəti ilə uşaqlar sırada düzgün yerişi, küçəni keçmə qaydalarını nümayiş etdiriblər, yol hərəkəti qaydalarına əməl etməyən sürücüləri saxlayaraq sənədlərini yoxlayıblar. Maraqlıdır ki, uşaqlar daha çox bahalı və diqqətçəkən maşınları saxlatdırmağa meyl ediblər.(Avtosfer.az)