Meyxanaçı Namiq Qaraçuxurlu ona bənzəyən insandan danışıb.
 
 
İfaçı bunları deyib: "Mənə bənzəyən bir oğlan var. Eynən mənim ki, danışır, oxuyur. Hətta hərəkətləri və görkəmi belə mənəm. Bilirəm ki, adımdan istifadə edib, toylara gedir. Allah ruzusunu bol eləsin. Heç bir problemi yoxdur. Amma bəzi məqamlar var ki, diqqətli olmalıdırlar. Məsələn, mənim adımdan sosial şəbəkələrdə yazışırlar. Kobud rəftar edirlər. Bu, məni narahat edir". (SİA)