Aprel ayının əvvəlində Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilər çox əhəmiyyətlidir.
Bunu Ermənistanın ilk kəşfiyyat-diversiya dəstəsini yaradan Vova Vardanov deyib. Onun sözlərinə görə, həmin ərazilər hərbi sahədə taktiki gediş baxımından çox vacibdir: "Əlbəttə, həmin ərazilərdəki hər bir metr çox vacibdir. Bir post strateji əhəmiyyət kəsb etməsə də, bir neçə post taktiki və operativlik cəhətdən mühüm əhəmiyyət kəsb edir.
Artıq qarşı tərəf bizim Talış istiqamətində olan bütün hərbi obyektlərimizi görür. Azərbaycanlılar taktiki cəhətədən bizim bütün əsgərimizi eyni vaxtda məhv edə bilər".(AzVision.az)