İsrailin sabiq xarici işlər naziri və "Bizim evimiz-İsrail" partiyasının rəhbəri Aviqdor Liberman ölkənin müdafiə naziri vəzifəsinə təyin olunub.
Unikal.org azvision.az-a istinadən bildirir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl baş nazir Benyamin Netanyahu Aviqdor Libermana müdafiə naziri postunu təklif etmişdi. Liberman siyasi müstəvidə Azərbaycanın dostu kimi tanınır.
Xatırladaq ki, mayın 20-də İsrailin müdafiə naziri Moşe Yaalon istefa verib.