"Mənə pislik arzulayanlara təşəkkür etmək istəyirəm. Çünki sizin acığınıza sağ qala bildim. Eyni ilə mənə yaxşılıq arzu edənlərə, minnətdaram, çünki sizə görə sağ qaldım. Biganə qalanlara da təşəkkür edirəm ki, mənə maneçilik törətmədiniz".
 
Unikal.org-un  Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Borispol aeroportunda Nadejda Savçenko deyib.
 
 
 
O həmçinin Donbasda hərbi əməliyyatlar zamanı həlak olanların valideynlərindən üzrhaqlıq edib: "Onların övladları qayıtmadılar, mən isə sağ qaldım. Mən ölənləri qaytara bilmirəm, lakin bir daha həyatımı döyüş meydanında qoymağa hazıram. Əlimdən gələni edəcəyəm ki, məhbəsdə olan hər kəs azadlığa çıxsın".