Salyan rayonunun Kərimbəyli kənd sakini, 54 yaşlı Rəhimova Məhbubə Məzahim qızının üzərində zorakılıq əlamətləri olmayan meyiti ilgəklə asılmış vəziyyətdə dünən axşam saatlarında yaşadığı evdə aşkar edilib.
Unikal.org virtualaz.org-a istinadən məlumatına görə, əri və oğlu Rusiyaya işləməyə getdiyindən qadın tək yaşayırmış və intihar hadisəsinin də 2-3 gün əvvəl baş verdiyi ehtimal edilir.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.