Azərbaycanlılar əzəldən istiqanlı olublar. Yurd-yuva təəssübü çəkmək, Vətəni yağılardan qorumaq Azərbaycanda şərəf borcu sayılıb.
Bu qədim, gözəl ölkə min illərdi Vətən oğullarının qanı ilə sulanır. Dağların yamaclarında bitən lalələr öz rəngini Azərbaycan igidlərinin haqq yolunda axan qanından alıblar...
Unikal.org məlumat verir ki, qismətinə düşən ömür payını doğma torpağı uğrunda fəda etməyə hazır olan oğullardan biri də Azad Məmmədovdur. Taleyi Qarabağın taleyinə bənzəyən Azad. Kimdir Azad Məmmədov? Orta və yaşlı nəsli təmsil edən insanlar onu peşəkar idmançı kimi tanıyırlar. Azad qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı olub. Son 10-15 ildə gənclərimizin kütləvi şəkildə idmana meyllənməsində Azadın vaxtilə tatami üzərində qazandığı qələbələrin rolu danılmazdır. Yeniyetmə və gənclərimiz isə Azadı daha çox rəqibi olan erməninin kürəyini yerə vuran Azərbaycan idmançısı kimi tanıyırlar. Bu parlaq qələbə Xocalı faciəsinin anım günündə qazanıldığından onun əhəmiyyəti ikiqat böyükdür. Azad rəqibinə böyük fərqlə qalib gəlməklə düşmənə vacib mesaj verdi: qarşımızda diz çökəcəyiniz gün uzaqda deyil!
Azad Məmmədov düşməni yaxşı tanıyır. Çünki o, tatami üzərinə çıxmazdan əvvəl Qarabağda ermənilərlə üz-üzə gəlib. Vətənimizin üzərini qara buludlar alanda Azad indiki Bakı Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq, könüllü şəkildə Qarabağa yola düşüb. Azad Məmmədov həmin dövrü ömrünün ən mənalı illəri sayır. Çünki Azad vətənpərvər ailədə böyüyüb, yaxşı tərbiyə alıb. Ona Vətəni doğma anası kimi çox sevməyi öyrədiblər. Azadı güllələrin havada uçuşduğu Qarabağa aparan da məhz Ana Vətənə bəslədiyi sonsuz sevgi olub.
BDU-nun Beynəlxalq münasibətlər Fakültəsini bitirdikdən sonra magistr təhsili alan Azad Məmmədov ölkəmizin tərəqqisi üçün çalışa, cəmiyyətə sonsuz fayda verə bilərdi. Amma bu dəfə tale onun üzünə gülmədi. Azad pis insanların şər-böhtanının qurbanı oldu. Azadın soyuq məhbəsə düşməsinə bais olan insanların çoxu indi öz əməlindən peşmandır. Onlar Azada şər atdıqlarını dəfələrlə ən mxtəlif tribunalardan dilə gətirsələr də, Azad Məmmədovun məhbəs həyatı acı bağırsaq kimi uzanır...
Azad Məmmədov səkkiz ilə yaxındır ki, məhkum həyatı yaşayır. Həbsxana Azadın azadlığını məhdudlaşdırsa da, onun içindəki Vətən sevgisini boğa bilməyib. 2-4 aprel tarixlərində həyata keçirilən hərbi əməliyyatlar zamanı bu, bir daha sübut olundu. Azad Qarabağ uğrunda döyüşlərə qatılmağa hazır olduğunu bəyan edən ilk insanlardan oldu. Məhbəsdə Qarabağ üçün döyünən bu ürəyin çırpıntılarını eşitmək bir o qədər də çətin deyildi...
Azad Məmmədov həm də gözəl ailə başçısı, etibarlı dostdur. Üç azyaşlı övladı neçə illədi atalarına qovuşacaqları günü gözləyirlər. Ümid edək ki, hicran, həsrət yaraları tezliklə vüsal məlhəmi ilə şəfa tapacaq.
Azad azad ruhlu insandır. Ona ancaq AZADLIQ yaraşır...
Azad Məmmədov  2003-cü ildə yarışların birində qarşılaşdığı, fiziki göstəricilərinə görə, "Vəhşi" adıandırılan  erməni idmançını qısa müddət ərzində belə məğlub edir. 
?wmode=transparent" wmode="Opaque" frameborder="0" allowfullscreen>