Kərəm Həsənova gözlənilməz zərbə!
12:50 08-09-2012
CƏMİYYƏT
Kərəm Həsənova gözlənilməz zərbə!
Komitə sədri önəmli gəlirlərindən və səlahiyyətlərindən məhrum edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsasnaməsi təsdiq edilib. Bununla da bir sıra dövlət qurumlarının göstərdiyi xidmət növləri "ASAN xidmət"in səlahiyyətinə verilib.
Ən ağır və gözlənilməz zərbə isə bu situasiyada Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənova dəyib. Əsasnamənin rəsmən təsdiqlənməsini komitə sədrinin "bazarının bağlanması" kimi də qiymətləndirmək olar.
Elə bəzi ekspertlərin mülahizələri də bizim bu yazdıqlarımızı təsdiqləyir. Onların da fikrincə, xidmətin vahid mərkəzdə cəmləşdirilməsi vətəndaşlar üçün sərfəli olsa da, bəzi dövlət qurumlarının xeyrinə deyil. Çünki bir sıra dövlət qurumları bununla gəlir mənbələrinin bir qismini itirmiş olurlar. Yuxarıda da vurğuladığımız kimi, burada ən çox Kərəm Həsənovun komitəsinin "qan" itirdiyini vurğulamaq lazımdır.
Belə ki, sözügedən sənədə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin də bəzi səlahiyyətləri yeni quruma verilib. Konkret olaraq, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, yaşayış evləri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi və sair kimi xidmətləri "ASAN xidmət" göstərəcək. "ASAN xidmət" mərkəzində həyata keçirilən xidmətlərə görə dövlət rüsumu ödəniləcək.
Əmlak Məsələləri Dövlət Komitəsinin müxtəlif strukturları tərəfindən belə xidmətlərə görə dövlət rüsumundan əlavə nə qədər vəsaitin alınması barədə kifayət qədər məlumatlar mövcuddur. Belə bir şəraitdə Komitənin "bazarının bağlanacağı" heç kimdə şübhə yaratmır.
Onu da qeyd edək ki, qəzetimizin dünənki sayında ƏMDK sədri Kərəm Həsənova qarşı iqtidariçi rəqiblərinin yeni həmlə hazırlığı barədə məlumat vermişdik. Həmin məlumatda da bildirilirdi ki, Kərəm Həsənov xoşagəlməz situasiya ilə üzləşib. Komitə sədrinin hakimiyyət daxilindəki rəqibləri onun haqqında şübhəli hərraclardan ibarət kompromatlarla zəngin dosye hazırlayırlar.
Yazıda həmçinin bildirilirdi ki, rəqibləri seçkiöncəsi iqtidariçi proseslərin daha da qızışması fonunda Kərəm Həsənovun yenidən ön plana çıxarılmasına və seçkidən sonra formalaşdırılacaq yeni hökumətdə görəv almasını bəri başdan əngəlləməyə çalışacaqlar. Bunun üçün onlar ƏMDK rəhbəri üçün olduqca həssas bir məqamdan yapışacaqlar. Söhbət Kərəm Həsənovun rəhbərlik etdiyi komitənin təkcə son iki ildə qanuniliyi ciddi şübhə doğuran hərraclarından gedir. Elə Həsənova qarşı kompromat xarakterli dosyenin də həmin hərraclar barədə bilgilərdən ibarət olacağını yazmışdıq.
İndi isə Həsənovun komitəsin in kifayət qədər gəlirli səlahiyyətlərindən məhrum edilməsi dünənki sayımızda yazılanları təsdiqləyir. Aydın görünür ki, artıq iqtidar içində seçkiyə qədər ƏMDK sədrinin maliyyə və status baxımından zəiflədilməsi prosesinə start verilib. Nəticədə seçkidən sonra isə onun formalaşdırılacaq yeni hökumətdə görəv almasının önü asanlıqla kəsiləcək.
Azər Aslan
Digər Xəbərlər
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 12:17:57
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00