Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kayseridə açılış mərasimində çıxışı zamanı media mənsublarının diqqətini tədbirdə iştirak edən bir gənc cəlb edib.
Unikal.org xəbər verir ki, bu şəxs ölkənin Milli müdafiə naziri Hulusi Akarın oğlu Səlim Akar olub. Belə ki, nazirin oğlu kameraların obyektivinə tuş gəlib. İlk dəfə görüntülənən Səlim Akarın mərasimi diqqətlə təqib etdiyi müşahidə olunub.