Misir Mərdanova yeni cəbhə açılır
12:08 12-09-2012
CƏMİYYƏT
Misir Mərdanova yeni cəbhə açılır
Deputatların da təhsil nazirinə qarşı "üsyan"ı gözlənilir
Təhsil naziri Misir Mərdanov təhsil işçilərinin srağagünki iclasında millət vəkillərinin iştirak etməməyindən gileylənib: "Niyə burada millət vəkilləri yoxdur? Axı burada Bakının təhsil vəziyyəti müzakirə olunur".
Dünən redaksiyamıza daxil olan məlumatda isə bildirilirdi ki, nazirin təpkisi əbəs yerə deyil. Elə deputatların təhsil işçilərinin iclasına dəvət almalarına baxmayaraq gəlməməsinin də. Nazir bunun əslində ona qarşı olan iqtidariçi qrupların fəaliyyətinin nəticəsi olduğunu bilir: "Mərdanov fərqindədir ki, millət vəkillərinin əksəriyyəti məhz ona qarşı hakimiyyət daxilində savaş elan edən çevrələrlə bağlıdır, ona görə də Təhsil Nazirliyinin dəvətinə etinasız yanaşıblar. Nazir həmin giley-güzarı ilə də əslində məsələnin kökündən xəbərdar olduğunu nümayiş etdirməyə çalışıb".
Bizə gələn məlumatda deputatların da nazirin təpkisini cavabsız qoymayacaqları, Misir Mərdanova qarşı yumşaq və ya kəskin tonda cavablar verəcəyi deyilirdi. Həmin cavablardan biri artıq dünən gəlib.
Belə ki, 13 saylı Xəzər birinci seçki dairəsinin deputatı Rauf Əliyev bildirib ki, təhsil işçilərinin iclasına dəvət almayıb: "Dəvət olunmadığım üçün bilmirəm konfrans olub-olmayıb. Cənab nazir deyib ki, biz olmamışıq, məktəblərə gedə bilmirik. Nazir buyursun Bakıdan seçilən millət vəkillərini nazirliyə dəvət etsin. Biz də böyük məmuniyyətlə nazirliyə gedib məktəblərin vəziyyətini müzakirə edək".
Qarşıdakı günlərdə bir çox başqa deputatların da Mərdanova etiraz tonlu cavablarının olacağının istisna edilmədiyi məlumatda bildirilir ki, artıq təhsil nazirinə qarşı yeni bir cəbhəni də millət vəkillərinin açacağı qaçılmaz kimi görünür.
Murad Can
Digər Xəbərlər
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 12:17:57
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00