Diaspora təşkilatlarımız nədən hədəfə alınıb?
12:10 12-09-2012
CƏMİYYƏT
Diaspora təşkilatlarımız nədən hədəfə alınıb?
Çirki biznes və oğru dünyasının izləri
Son zamanlar Azərbaycanın bir sıra bölgələrdə, əsasən də keçmiş MDB məkanındakı diaspora təşkilatları günü gündən zəifləməyə başlayıb. Bir tərəfdən Azərbaycanlılarla Diaspora İş Komitəsinin fəaliyyətində ki, uğursuzluq, digər tərəfdən isə yerli hakim strukturlarının atdığı addımlar diaspora təşkilatlarımızı sıradan çıxartmaq üzrədir.
Əldə etdiyimiz məlumata görə bür müddət öncəyə qədər Rusiyada fəaliyyət göstərən diaspora təşkilatlarına əsasən ziyalılar rəhbərlik edirmiş və fəaliyyətlərini günü-gündən genişləndirirdilər. Amma komitə sədri Nazim İbrahimovun tutduğu siyasi xətt demək olar ki, ciddi çatlar yaratdı. Öncə Nazim İbrahimov müstəqil düşüncəli şəxsləri təşkilatlardan kənarlaşdırdı, daha sonra isə təşkilatlara daha çox iş adamlarını cəlb etdi Bununla da hesab etdi ki, bir tərəfdən təşiklatları nəzarətinə götürdüyünü düşündü, digər tərəfdən isə öz kapitalının inkşafına çalışdı. Nəticə isə göz qabağındadır. Əldə etdiyimiz məlumata görə Nazim İbrahimovun cəlb etdiyi elə kadrlar var ki, hətta onların cinayətkar qruplaşmalarla da ciddi əlaqələri var. Məhz bundan sonra Rusiya və keçmiş MDB ölkələrində Rusiya məmurlarının azərbaycanlılara yanaşması dəyişdi, hətta bəzi quldur dəstələri bu təşkilatları hədəfə aldı. Nəticə də bu günün özündə artıq neçələrlə şəxs bu cür "razborkaların " qurbanına çevrilib. Belə olaylardan biri isə təzəlikcə Rusiyanın Ulyanovsk şəhərində Azərbaycan diasporunun lideri İslam Rövşən oğlu Hüseynovun həyatına edilən sui-qəsddir. Məlum olub ki, ona hucum edənlər iki nəfər olub.
İslam Hüseynov bildirib ki, günorta saatlarında ofisində vətəndaşları qəbul edirmiş.
"Mühafizəçim İqor kabinetə girib dedi ki, iki nəfər yanıma keçmək istəyir. Mən onları içəri dəvət etdim. Onlardan biri içəri girən kimi səsboğucu tapança çıxardı. Məsələnin ciddi olduğunu dərhal anladım. Dərhal tapançaya əl atdım. Bu dəfə içəri girən ikinci "killer" tapançanı çıxardı. Otaqda əməlli süpürləşmə başladı. Amma onlar mənə tərəf atəş aça bildilər. Güllə başımdan dəymişdi. Yerə yıxıldım. Onlar İqoru da vurdular. Otağı qan götürdü. Birtəhər ayağa qalxa bildim. Onları təqib etmək istəsəm də, taqətim olmadı, yıxıldım. Heyf İqordan. Səkkiz il idi ki, yanımdaydı. Mənə qardaşdan əziz idi. Mən ona ömrüm boyu borcluyam. Ömrüm boyu onun ailəsinin qayğısını çəkəcəyəm", - deyə o, bildirib.
Diaspor liderimiz jurnalistlərə sensasion açıqlama da verib. O, özünə qarşı sui-qəsddə Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayəti rəhbərliyini, konkret onun sədri Yevdokimovu, xüsusi işlər üzrə prokuror Kireyevi, müstəntiq Polzunovu və digərlərini günahlandırıb.
"Mən bu adamların adlarını çəkməkdən qorxmuram. Onlar banditlərlə əlaqəlidirlər. Bu barədə Federal Təhlükəsizlik Xidmətinə dəfələrlə şikayət ərizəsi yazmışam. Onlar məni susdurmaq istəyirlər. Mənə qarşı qəzəblidirlər. Hələ sui-qəsdəən əvvəl telefonuma hədələyici zənglər gəlirdi. Mənim uşaqlarımı, ailəmi qorxudurdular" - deyə, İslam Hüsevnov bildirib.
Yerli jurnalistlərin yazdığına görə, Rusiya İstintaq Komitəsi isə həmyerlimizin ittihamlarını şərh etməyib.
Amma maraqlı olanı budur ki, güc qüvvələri hansı səbəbdən bu cür açıq şəkildə diaspor təşkilatının rəhbərliyinə qarşı belə kompaniya təşkil edir? Ekspertlər bildirir ki, məsələnin kökünə varsaq yenə də ortada hansısa biznes maraqları ortaya çıxacaq. Çünki sirr deyil ki, bu gün Rusiyada qara biznesə nəzarət rəsmi strukturların nəzarətindədir və vaxtaşırı "anlaşılmamazlıqlar" olanda oğru dünyası da işə qatılır. Ekspertlər bildirir ki, məhz bunları nəzərə alaraq komitə Rusiyada və digər ölkələrdə diaspora təşkilatlarının fəaliyyətinə yenidən baxmalı və məsələyə əl gəzdirməlidir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25
2024-12-22 14:26:25
2024-12-22 13:22:10
2024-12-22 13:05:08
2024-12-22 11:01:35
2024-12-22 10:44:57
2024-12-22 00:48:58
2024-12-22 00:00:00
2024-12-21 22:40:55
2024-12-21 20:58:50
2024-12-21 19:04:07
2024-12-21 18:46:43
2024-12-21 18:15:44
2024-12-21 17:06:00
2024-12-21 17:00:00
2024-12-21 16:33:49
2024-12-21 16:06:15
2024-12-21 15:34:34