Xəbər verdiyimiz kimi, Milli Şuranın adı
ilə sanksiyasız aksiya keçirdən bir qrup şəxs polis tərəfindən
saxlanılıb. Onların arasında Əli Kərimli və Cəmil Həsənli də olub.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, gecə saatlarında Cəmil Həsənli sərbəst buraxılıb. O da dərhal sosial şəbəkədə canlı yayıma çıxıb və baş verənlər haqda danışıb.
Səhhəti ilə əlaqədar polis idarəsinə təcili yardım maşınının gəlməsi haqda danışan Cəmil Həsənli hazırda səhhətinin yaxşı olduğunu bildirib.
O, AXCP sədrinin hələ də Səbael Rayon Rayon Polis İdarəsində saxlanıldığını təsdiqləyib.