Bakıda "avtoş"u öldürən keçmiş məhkum saxlanılıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, noyabrın 17-də saat 13 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirib hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilmiş C.Babayev saat 17 radələrində ölüb.
Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş "İJ markalı tüfəng götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Qeyd edək ki, C.Babayev "Cabir-012 adı ilə tanınır.