"Şuşanın işğalı zamanı göz yaşımı axıdıb ağlamadım, amma ürəyim, içim bu gün də ağlayır. Şuşam üçün çox darıxıram. Düzü, mən mayın 8-də Şuşada deyildim. Mayın 6-da Bərdəyə getmişdim".
Unikal.org Modern.az-a istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib:
"Bir dostumuz var, onun qardaşının ilinə getmişdim. Çünki Şuşada yas məclisi vermək mümkün deyildi, mərmilər atılırdı. Mən buna görə ayın 6-da Bərdəyə getmişdim. Amma qardaşım, bacılarımın yoldaşları, dayım uşaqları - hamısı ayın 8-də Şuşada idi. Hətta mənim balaca qardaşım Vüqar gec çıxmışdı. Mən də ortancıl qardaşım Kamili Şuşadan tez çıxdığına görə danladım və dedim: "Vəziyyət belə pis idisə, niyə özün gəldin, o biri qardaşımızı da gətirmədin?.
Balaca qardaşım isə mənə demişdi ki, vəziyyətin pis olduğunu görüb az qala bacımı güllələmək istəyib. Səbəb bəllidir - düşmən əlinə keçməsin. Biz Ağcabədiyə gəlmişdik. Bu anları yaşamaq lazımdır".
Siz özünün silaha sarılmısınızmı sualına icra başçısı maraqlı cavab verib:
"Axşamlar çıxanda özümlə silah götürürdüm. Amma durub desəm ki, atışmada döyüşmüşəm, yalan olar".
"Axşamlar çıxanda özümlə silah götürürdüm. Amma durub desəm ki, atışmada döyüşmüşəm, yalan olar".