Bərdə rayon sakini yararsız dəmir çəlləklərdən avtomobil hazırlayıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, rayon sakini Tofiq Kərimovun hazırladığı avtomobil iki qapılıdır və maşına 4 nəfər əyləşə bilər.
T.Kərimovun sözlərinə görə, avtomobilin hazırlanmasında "VAZ"ın ehtiyyat hissələrindən istifadə olunub. Oturacaqlar isə "BMW" markalı avtomobilindir: "Bu mənim ilk işimdir. Maşını əkin sahələrində istifadə etmək üçün hazırlamışam və olduqca çox rahat çalışır. Artıq bu avtomobildən kənd təsərrüfatı sahəsində istifadə edirəm. Bu avtomobillə tarladan 2 tona yaxın pambıq daşımaq mümkündür. Bundan başqa avtomobilin üzərində müəyyən dəyişiklik etməyi planlaşdırmışam. Əlavə olaraq isə avtomobilin önünə otbiçən quraşdırmağı düşünürəm".
O, əlavə edib ki, istənilən şəxs üçün 2000 manata bu avtomobildən hazırlaya bilər.
Qeyd edək ki, avtomobil beş dəmir çəlləkdən istifadə olunmaqla beş ay müddətinə hazırlanıb.