Prezident İlham Əliyev "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Prezidentinin 2013-cü il 15 noyabr tarixli 21 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Unikal.org xəbər verir ki, "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1217-VQD nömrəli Qanununun icrası ilə əlaqədar "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Prezidentinin 2013-cü il 15 noyabr tarixli 21 nömrəli Fərmanının 2-ci hissəsində "2019-cu il yanvarın sözləri "2018-ci il sentyabrın sözləri ilə əvəz edilib.