Bakıda daha bir gəlin itkin düşüb.
Unikal.org xəbər verir ki. hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Binəqədi rayonu,
Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37-də yerləşən DSK 3-də yaşayan,
1988-ci il təvəllüdlü Əlzamin Əlyar oğlu Əmənov polisə müraciət edərək
bildirib ki, noyabrın 19-da saat 15:00-da onunla birlikdə eyni ünvanda
yaşayan həyat yoldaşı, 1992-ci il təvəllüdlü Günel Ceyhun qızı Mirzəyeva
yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır. (Trend)