Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə və Səngəçal terminalına tanışlıq səfəri təşkil olunub.
Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə,17 dövləti təmsil edən hərbi attaşelik aparatının 20 nümayəndəsinə hərbi hissə və terminal barədə brifinq təqdim olunduqdan sonra onlar ərazi ilə tanış olublar.