Bakıda 40 ədəd mobil telefon oğurlayan yeniyetmələr saxlanılıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 21-də rayon ərazisindəki mağazaların birindən 3 000 manat dəyərində 40 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, Sumqayıt və Gəncə şəhər sakinləri olan iki yeniyetmə saxlanılıb.