Paytaxtda soyğunçuluq edən dəstə üzvləri tutulub.

DİN-dən Unikal.org-a verilən məlumata görə,Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində "NZS qəsəbəsində yeləşən marketlərdən birinin kassasından 95 manat pulu soyğunçuluq yolu ilə ələ keçirən dəstənin daha bir üzvü Hacıqabul rayon sakini Vüsal Tağıyev saxlanılıb.İstintaqa verdiyi ifadəsində V.Tağıyev etdiyi cinayəti etiraf edib.

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində noyabrın 19-da taksi fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Fuad Həsənovun 150 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Anar Qədim oğluQafarov saxlanılıb. O, ifadəsində taksi sürücüsünün pulunu aldığını etiraf edib.
Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Gördüyünüz bu şəxslərin digər analoji cinayətlər törətmələri də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.