Abid Şərifov məmnun qaldımı?
13:07 14-09-2012
CƏMİYYƏT
Abid Şərifov məmnun qaldımı?
Baş nazir müavininin qəbul etmədiyi sakinlərin evi başına uçdu
Xətai rayonu, Cavanşir 38 ünvanındakı 4 saylı yataqxananın 3-cü mərtəbəsində uçqun baş verib. Bu barədə məlumatı bina sakinləri verib.
Sakinlərin sözlərinə görə, hadisə zamanı məişət əşyalarına ciddi ziyan dəyib. Bu binada son bir ayda baş verən ikinci analoji hadisədir.
Sakinlərin əlaqədar qurumlarla əlaqə yaratmaq üçün yaratdığı komissiyanın sədri Səməndər Səmədova bildirib ki, qəza vəziyyətində olan bina yaşayış üçün daha təhlükəli vəziyyətə düşüb: "Üzlük daşları tökülür, balkonlar uçub. Yağışlı hava şəraiti vəziyyəti daha da pişləşdirir". Qeyd edək ki, buna sakinləri yaranmış vəziyyətlə əlaqədar baş nazirin müavini Abid Şərifovun qəbuluna yazılsalar da, görüş baş tutmayıb. Bizi də elə bu sual düşündürür: Şərifovun biganə yanaşdığı problemin kritik həddə çatması onu məmnun etdimi? İllah ki, yataqxanada hansısa faciəli hadisəmi baş verməlidir ki, baş nazir müavini də daxil olmaqla məmurlar hadisə yerinə qaça-qaça gəlsinlər?!
Aliyə
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55