Gəncə şəhərində bıçaqlanma olub.
Unikal.org report-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü yerli sakin Samir Rahimov Cavad Xan küçəsindəki restoranlardan birinin önündə hələ ki, bilinməyən səbəblərdən bıçaqlanıb.
İki bıçaq yarası ilə xəstəxanaya yerləşdirilən S.Rəhimovun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Bərdədə bıçaqlanma hadisəsi baş verib.