Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.

Unikal.org Report-a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oqtay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.

Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib.

Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur.