Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda bir sıra məhsulların istehsalı artıb.

Unikal.org-un məlumatına görə, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkədə tütün məmulatlarının istehsalında 2,5 dəfə, içki istehsalında 10,6 faiz artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından brendi (konyak) istehsalı 4,0 dəfə, üzüm şərabının istehsalı 39,8 faiz, alkoqolsuz içkilərin istehsalı 22,5 faiz, kolbasa məmulatlarının istehsalı 2,6 faiz, cem və marmeladların istehsalı 0,3 faiz artıb.

Bununla yanaşı, duru bitki yağlarının istehsalı 11,5 faiz, qənd və şəkər tozu istehsalı 16,6 faiz azalıb.