Qusarda baş verən güllələnmə ilə bağlı rəsmi məlumat yayılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Qusar və Quba Rayon Polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Qusar şəhəri ərazisində Sabirabad rayon sakini Zaman Əhmədova tüfəngdən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən Quba rayon sakini Əşrəf Qədirov saxlanılıb.

Ondan hadisəni törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş "TOZ-8 markalı tüfəng götürülüb.