Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi İslamovdan “Naqan” markalı tapança götürülüb. Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları Bəylik kənd sakini Zamiq Yolçuyevdən, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları isə Qüdasar kənd sakini Qabil Quliyevdən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngləri aşkarlayıblar.
Hər üç faktla bağlı araşdırma aparılır.