CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 4,3 dollar/barel çoxdur.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 4,24 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,28 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 4,2 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 61,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,25 dollar/barel çoxdur.