2018-ci ilin yanvar-oktyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4 milyard 279,2 milyon manat olub.
Unikal.org-un məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 663,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 62,3 faizini təşkil edib.
2018-ci ilin yanvar-oktyabr aylarında isə ictimai iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 6,7 faiz artaraq 792,4 milyon manat olub.
Dövriyyənin 47,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 52,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.
Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-oktyabr aylarına nisbətən 12,2 faiz artaraq 376,2 milyon manat təşkil edib