Arzu Rəhimovun işçilərinə korrupsiyaya görə həbs
13:27 15-09-2012
CƏMİYYƏT
Arzu Rəhimovun işçilərinə korrupsiyaya görə həbs
Hərbi çağırış sistemində rüşvətin kəsiləcəyinə dair ümidlər puç olub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə əməkdaşı tutulub. Bu barədə dünən hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayonunda əməliyyat keçirilib. Əməliyyat nəticəsində xidmətin Saatlı rayon şöbəsinin rəisi İlqar Atayev, Daşkəsən rayon şöbəsinin rəis müavini Ramil İsmayılov, Göyçay rayon şöbəsinin əməkdaşı Maarif Nəsibov korrupsiya faktı ilə əlaqədar saxlanılıblar. Onlar rüşvət almaqda təqsirli bilinirlər.
Məlumata görə, hazırda xidmətin digər rayon şöbələrində də yoxlamalar aparılır. Daha bir neçə nəfərin həbs ediləcəyi gözlənilir.
Qeyd edək ki, bu il fevralın 13-də "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqi barədə fərman imzalanıb. Fərmana əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
Arzu Rəhimov isə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. Bundan sonra hərbi çağırışda qanundankənar meyllərin azalacağı yönündə gözləntilər yaranıb.
Amma Rəhimovun işçilərinin həbsi belə gözləntilərin özünü doğrultmadığını və hərbi çağırış sistemində əvvəlki illərin rüşvət, korrupsiya elementlərinin hələ də tüğyan etdiyini göstərir. Hərbi komissarlıqlar dönəmindən qalma problemlərin aradan aylar keçməsinə rəğmən davam etməsi və bu sistemdə həbslərin hələ də yaşanması Rəhimovun ümid edilən ciddi islahatlar aparmadığına dair düşünməyə də əsas verir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55