Kəbirə Məmmədovaya həbs yolu
11:36 18-09-2012
CƏMİYYƏT
Kəbirə Məmmədovaya həbs yolu
"Binə"dəki kütləvi zəhərlənmədə ticarət mərkəzinin rəhbəri suçlu elan edilə bilər
Xəbər verildiyi kimi, Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib. Ən son məlumatlara görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb. Bu barədə Klinik Tibbi Mərkəzdən məlumat verilib. Məlumata görə, hazırda 65 nəfər Klinik Tibbi Mərkəzə yerləşdirilib, daha 15 nəfər isə paytaxtın digər xəstəxanalarına sövq edilib. Zəhərlənən şəxslərdən bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.
Hazırda hadisə yerində araşdırma aparan Qaradağ rayon prokurorluğunun müstəntiqi Akif Tağıyev deyib ki, hadisə nəticəsində ölüm halı qeydə alınmayıb: "Çoxlu sayda zəhərlənən var, lakin ölüm faktı olması barədə məlumatlar həqiqətə uyğun deyil. Araşdırmanın sonunda fakta hüquqi qiymət veriləcək".
Respublika Baş Prokurorluğu da Binə Ticarət Mərkəzində baş vermiş kütləvi zəhərlənmə faktına münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov qeyd edib ki, baş vermiş hadisə ilə bağlı fakta görə, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Binə Ticarət Mərkəzində kütləvi zəhərlənməyə ora quraşdırılmış generatorlar səbəb olub. Ticarət mərkəzində elektrik enerjisi kəsildiyi üçün generatorlar işə salınıb. Generatorlarda yaranmış nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib.
Bu arada belə söz-söhbətlər yayılıb ki, "Binə"də elektrik enerjisinin olmamasına səbəb isə işığa görə yaranmış borc və onun ödənilməməsidir. Borca görə işıqların kəsilməsi isə generatorların işə salınmasına gətirib çıxarıb ki, bu da sonucda kütləvi zəhərlənməyə yol açıb.
Əgər bu iddia təsdiqlənərsə, "Binə" Ticarət Mərkəzinin rəhbərliyini xoşagəlməz situasiya gözləyir. Belə ki, ticarət mərkəzinin qalmaqallı sahibi Kəbirə Məmmədova kommunal xidmətlər və elektrik enerjisi üçün haqları vaxtında toplatdırır. Belədə işıq üçün borcun niyə yarandığı əlbəttə, maraq doğurmaya bilməz. Bir sözlə, kütləvi zəhərlənmədə məhz "Binə" rəhbərliyinin məsuliyyəti məsələsi ön plana çıxır.
Bəzi mənbələr hətta açılan cinayət işi sonucunda ticarət mərkəzinin sahibinin də cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi mümkünlüyündən danışırlar. Belələri Kəbirə Məmmədovanın maddi baxımdan çox gücləndiyini, "şişdiyini", hətta müəyyən oliqarxlarla gizli savaşa çıxmağa ürək edə biləcək qədər irəli getdiyini əsas gətirərək məlum olaydan onun cəzalandırılması, sərvətlərinin böyük hissəsindən alınması üçün fürsət kimi yararlanılacağını istisna etmirlər.
Hətta bəzi qaynaqlar son olaydan sonra "Binə"nin "əl dəyişdirəcəyindən" də danışır və ticarət mərkəzinin indikindən fərqli şəxslərin nəzarətinə keçəcəyini vrğulayırlar. İstənilən halda isə sözügedən hadisədən sonra Kəbirə Məmmədova üçün yaxşı nəsə baş verəcəyi az proqnozlaşdırılır. O, azadlığını da itirə bilər, sərvətlərini də.
Ya da elə hər ikisini.
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49