Bakıda sərnişin avtobusunun vurduğu şəxs ölüb.
 
Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 1-də saat 17 radələrində Nərimanov rayonunun Z. Bünyadov prospektində Bakı şəhər sakini Mehman Əliyev idarə etdiyi "Daewoo" markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Elnur Babazadəni vurub. Xəstəxanaya yerləşdirilmiş E.Babazadə iyunun 2-də orada ölüb.
 
Araşdırma aparılır.