Almaniya Yaşıllar Partiyasının həmsədri Cem Özdəmir dünən Bundestaqda (parlamentdə) qəbul edilən "erməni soyqırımı" layihəsinə səs verib. O, türkəsilli olduğuna görə bu addımına görə şiddətli qınağa tuş gəlib. Cem Özdəmir məsələylə bağlı ona ünvanlanan sualları cavablandırıb.
- Türkiyədə bəziləri Bundestaqın qərarını Ankaranın əleyhinə bir təşəbbüs kimi xarakterizə edir. Siz bu fikirlərlə razısınızmı, bu istiqamətdə səylərinizin əsas səbəbi nə idi əslində?
- Baxın, alınan bu qərarın əsas səbəbi budur: Alman arxivlərinə, Xarici İşlər Nazirliyinin arxivlərinə baxdıqda açıq və aydın şəkildə görürük. O dövrdə alman diplomatları baş verənləri təqib edib. O zamankı Türkiyədə xidmət edənlər bunları söyləyib: "Bir soyqırımı olur, insanlar yurdundan olurlar, Suriyada çölə göndərilir", "buna mane olaq" dedilər. Amma alman hökuməti o tarixdə dedi: "Heç vaxt müdaxilə etməyin, Osmanlı İmperiyası tərəfdaşımızdır, silah qardaşımızdır, dolayısıyla ermənilərin başına nə gəlirsə gəlsin, bizim üçün əhəmiyyətsizdir"". Belə bir açıqlama verilib. Dolayısıyla, burada bizim də çiyinlərimizə cinayət yüklənir, bir vəzifə düşür. Bundan bəhs edirik. Yəni burada başqa bir ölkə haqqında qərar vermək kimi heç vaxt bir niyyətimiz yoxdur. Onsuz da qərarı oxuyan belə bir şeyi heç yerdə tapa bilməz. Biz, bizdən bəhs edirik. Bunu da kimsə inciməsin, qadağan edə bilməz.
- Bəs bu mövqeyin Türkiyə-Ermənistan yaxınlaşmasına töhfə verəcəyini düşünürsünüz?
- Baxın, bilsəm ki, buna ən kiçik bir şəkildə təkan verəcək, əlimdən gələn hər şeyi edirəm. Ancaq tarixə baxdığımızda təəssüf ki, qaçırılmış imkanlardan söz edə bilərik. Ən son Sürix protokolu var. Sürix Protokoluna baxanda, bu gün Türkiyənin söz etdiyi ekspertlər komissiyasının bu protokola daxil edildiyini görəcəksiniz. Yəni bir halda ki, sən bir mütəxəssislər komissiyası istəyirsən, o zaman niyə mane oldun? Demək ki, burada həqiqətlə uyğun gələn heç bir şey yoxdur. Sərhəd açılsaydı, yəni Türkiyə-Ermənistan sərhədi açılsaydı, Dağlıq Qarabağ məsələsinin həlli asanlaşacaqdı. Türkiyə iqtisadiyyatı orada sərmayə qoyacaqdı, iki ölkə yaxınlaşacaqdı və tamamilə başqa bir vəziyyət söz mövzusu olacaqdı. Yəni Türkiyə əgər belə qərarların çıxmasını istəmirsə, o zaman xahiş edirəm, razılığa qarşı çıxmasın.
- Bu gün Türkiyə mətbuatında "Cem Özdəmir əvvəldən bu tarixçilərin işi, əslində fərqli danışmışdı" deyildi. Bu iddialara siz nə deyirsiniz?
- Yox, mən fikrimi dəyişməmişəm. Yəni bir az əvvəl dediyim kimi, ən kiçik bir şəkildə bir ümid olsa, müzakirə olar, hər iki tərəf bir-birinə yaxınlaşarsa, dediyim kimi - əlimdən gələn hər şeyi edərəm. Amma aradan proses keçdi. Hrant Dink öldürüldü. Açılan kilsələr bu gün yenidən bağlanır. Heybeli adadakı Ruhanilər Məktəbi bütün beynəlxalq konvensiyalara zidd olaraq hazırda da qapalıdır. Yəni bu gün Türkiyədə yaşayan xristianlara "rədd olun gedin" deyilir. Dörddə biri xristian əhalinin, bu gün yüzdə birinin altında. Yəni başqa bir şey deməyə ehtiyac varmı? Hər kəs əlini vicdanına qoysun və onu özündən soruşsun: Türkiyənin kökənində Ənvər Paşa, Tələt Paşa, Sarıqamışda türkləri, 70 min insanı donduranlar, yoxsa kökən olaraq var, yoxsa Kütahya valisi kimi "Mənim ərazimdə ermənilərin tükünə toxunanlar mənim qapımdan keçmək məcburiyyətində deyənlər? Mən onları mənşə kimi qəbul edirəm. Mənim nümunəm bunlardır. Övladlarıma bunları nümunə göstərirəm. Mövləviləri nümunə göstərirəm, Konya qubernatorunu nümunə göstərirəm. Çünki onlar dedilər ki, "ermənilər də bizim kimi bir Allaha inanır, onlara hücum edən, mənə bir müsəlman olaraq hücum etmiş olur. Bir də fərqli insanları nümunə alanlar var. Qatilləri nümunə alanlar var. Hər kəs seçimini etməlidir. Mən seçimimi etdim. (Modern.az)