Qobustan rayonunda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Rayon Prokurorluğundan Ans press-ə verilən məlumata görə, Mərəzə qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rasim Tahir oğlu Muradov özünü evlərinə yaxın ərazidə yerləşən köhnə peşə məktəbinin binasının birinci mərtəbəsindəki sinif otağında asıb. Onun asılmış meyitini qəsəbə sakinləri tapıblar. Hələlik 21 yaşlı gəncin intihar səbəbləri bilinmir.
Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
21 yaşlı Rasim Muradov sürücülük fəaliyyəti ilə məşğul olurmuş və onun gənc bacısı bir müddət öncə dünyasını dəyişib.