Balakəndə narkotik tərkibli bitkilərin əkib-becərdirilməsi ilə məşğul olan rayon sakinləri həbs edilib.
 
Unikal.org məlumat verir ki,Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri keçirib.
 
Tədbir nəticəsində rayonun Tülü kənd sakini, 1985-ci il təvəllüdlü Kənan Osman oğlu Orucovun yaşadığı evin həyətyanı sahəsində, qarğıdalı əkilən ərazisinin yaxınlığından hündürlüyü 31 sm-dən 48 sm-ə qədər olan iki ədəd narkotik tərkibli bitki vesab edilən çətənə kolları bitkisi aşkar edilib. Elə həmin gün rayonun Qazma kənd sakini, 1973-cü il təvəllüdlü Elman Zahid oğlu Şindiyevin yaşadığı evin həyətyanı sahəsindəki istixananın içərisində xüsusi dibçəklərdə əkilmiş hündürlüyü 60 sm-dən 1m 30 sm-ə qədər olan 9 ədəd narkotik bitki hesab edilən çətənə kolları bitkisi aşkar olunub.
 
Hər iki fakt üzrə aşkar edilmiş çətənə kolları bitkiləri ərazidən yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib. Kənan  Orucov və Elman  Şindiyev tutularaq istintaqa təhvil ediliblər.
 
Faktla bağlı araşdırma aparılır.