Eldar Əzizov Sumqayıtın daha bir oliqarxını çökdürür
02:40 19-09-2012
CƏMİYYƏT
Eldar Əzizov Sumqayıtın daha bir oliqarxını çökdürür
Ağamirzə Əhədovun "Karvan"ında nələr baş verir?
Sumqayıtın daha bir yerli oliqarxı ciddi qalmaqalla üzləşib. Şəhərin Mərkəzi Bazarının rəhbəri olan Ağamirzə Əhədova məxsus "Karvan" ticarət mərkəzindəki yoxlamalar ilginc nəticələrlə yekunlaşıb.
Belə ki, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə əməl edilməsi ilə bağlı aparılan yoxlamada Sumqayıt şəhərində yerləşən Karvan Ticarət Mərkəzində kütləvi qanun pozuntuları aşkar edilib. Sumqayıt şəhəri, 32-ci məhəllə ünvanında yerləşən "Karvan İK" MMC-yə məxsus Karvan Ticarət Mərkəzindəki satış sahələri fərdi sahibkarlıqla məşğul olan vətəndaşlara icarəyə verilir. İcarədarlar əhaliyə qiymətli metallar və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatlarının satışını həyata keçirirlər. Hansıki bu fəaliyyət növü ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunur. Xidmət tərəfindən Ticarət Mərkəzinin rəhbərliyinə xüsusi razılıq (lisenziya) olmayan fərdi sahibkarlarla icarə müqaviləsi bağlamamağa və onlara satış yerləri ayırmamağa dair xəbərdarlıq məktubları göndərilsə də bu xəbərdarlıqlara məhəl qoyulmayıb. Ayrı-ayrı fərdi sahibkarların qanunsuz fəaliyyətinə şərait yaradılıb.
Aparılan yoxlama zamanı Karvan Ticarət Mərkəzində fəaliyyət göstərən 29 fərdi sahibkardan Samid Nüsrət oğlu Rzayev, Zöhrə Oruc qızı Allahverdiyeva, Rəfail Firuz oğlu Əliyev, Azad Namid oğlu Əlibalayev və Tərlan Seyidxan oğlu Yusubovun xüsusi razılıq (lisenziya) aldıqları, qalan 24 nəfərin isə qanunsuz fəaliyyət göstərdikləri aşkar edilib. Qanunsuz fəaliyyət göstərən obyektlərdə qiymətli metallardan və qiymətli daşlardan hazırlanan və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 4076 ədəd zərgərlik məmulatı aşkar edilib. Yol verilən nöqsanlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən sahibkarlara inzibati xəta protokolları tərtib edilib. Protokollar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilib.
İstisna edilmir ki, bundan sonra "Karvan" Ticarət Mərkəzinin taleyi ciddi şübhə altına düşsün. Ticarət Mərkəzinin hazırki sahibinin əlindən alınması, Ağamirzə Əhədovun ortaya çıxan qanunzsuluqlarla bağlı cəzalandırılması da istisna edilmir.
Sumqayıtda yayılan bəzi söz-söhbətlərə görə Ağamirzə Əhədovun üzləşdiyi xoşagəlməz situasiya onun şəhərin icra başçısı Eldar Əzizovla arasındakı soyuqluqla da bağlı ola bilər. Belə ki, o, icra başçısının tələb etdiyi yüksək "haqq"ları müxtəlif vaxtlarda ödəməkdən imtina edib, ya da ödəməmək üçün müqavimət göstərib. Nəticədə Sumqayıt oliqarxı ilə icra başçısının münasibətləri əhəmiyyətli şəkildə zədələnib.
İndi Əhədovun ticarət mərkəzi ətrafında yaşananlar da məhz bu ixtilafın məntiqi sonluğu hesab olunur. Bildirilir ki, "Karvan"la bağlı yaşananlar hələ çox su aparacaq və onun sahibinin başını xeyli ağrıdacaq.
Azər Aslan
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12