"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov yeni teleseriala çəkilib.
Unikal.org-un Azvision.az-a istinadən məlumatına görə, Nadir Əzməmmədov ATV telekanalında yayımlanan "Vicdan" haqqı" serialında rol alıb. QSC sözçüsü serialda Saleh Rzayev obrazını canlandırır.
Mətbuat katibi bundan öncə rejissor Rövşən İsaqın "Sonuncu fəsil" serialında Mamed obrazında çəkilib.
Qeyd edək ki, Nadir Əzməmmədov "Nəsimi", "Qara Volqa", "Asif, Vasif, Ağasif", "Od içində", "Yaramaz" və s. kimi filmlərdə də rol alıb.