Hindistanın cənub bölgəsində, Krişnaqiri şəhəri yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən verdiyi xəbərə görə, üç avtomobilin toqquşması nəticəsində 19 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
Belə ki, yük maşınının sürücüsü idarəetməni itirərək qarşıdan gələn sərnişin avtobusu ilə toqquşub. Zərbənin gücündən avtobus eyni yolla hərəkət edən minik avtomobilinə çırpılıb.
17 nəfər hadisə yerində, daha 2 nəfər isə xəstəxanada keçinib.
Hindistan nəqliyyat nazirinin sözlərinə görə, ölkədə hər il 150 minədək insan yol qəzalarının qurbanı olur.